Modern.az

693 bal toplayan abituriyent : Riyaziyyat müəllimliyini seçərəm

693 bal toplayan abituriyent : Riyaziyyat müəllimliyini seçərəm

Təhsil

4 Avqust 2023, 14:18

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan edib.

 

Mərkəzdən verilən məlumata əsasən, I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhər 169 saylı orta məktəbinin məzunu Quliyeva Ləman Sənan qızına məxsusdur.

 

O, imtahanın ikinci mərhələsində 395.5 bal, birinci mərhələsində isə 297.5 bal toplayıb. Beləliklə, I ixtisas qrupu üzrə ən yüksək nəticə 693 bal toplayıb.

 

Modern.az xəbər verir ki, Ləman Quliyeva öz təəsüratlarını və gələcək hədəflərini AzEdu.az-la bölüşüb:

 

“Düzünü desəm, yüksək nəticə olacağını gözləyirdim, amma qrup üzrə ən yüksək nəticə göstərəcəyimi düşünmürdüm. Nəticəmi görəndə hədsiz sevindim. İmtahana hazırlıq müddətində diqqətimi dərslərimə yönəltmişdim. Çox çalışdım və istədiyim nəticəyə nail oldum. 

 

Abituriyent, xaricdə deyil, Azərbaycanda ali təhsil almaq istədiyini vurğulaylıb:
 

"Təhsilimi ölkəmizdə davam etdirəcəm. Seçimim isə ADA universitetidir. İxtisas olaraq da riyaziyyat müəllimliyini (tədris ingilis dilində) seçmək istəyirəm".

 

L.Quliyeva imtahana necə hazırlaşdığı barədə də danışıb:
 

“İmtahana hazırlaşan ərəfələrdə özümə heç bir məşğuliyyəti məhdudlaşdırmamışdım, çalışırdım hər şeyə zaman ayırım. İmtahana hazırlıq müddətində zamanın düzgün idarə edilməsi mənim fikrimcə, çox vacibdir. Həmişə zamanımı düzgün dəyərləndirməyə çalışırdım”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub