Modern.az

Blok imtahanında ən yüksək bal topladı: Özümü çox qürurlu hiss edirəm

Blok imtahanında ən yüksək bal topladı: Özümü çox qürurlu hiss edirəm

Təhsil

4 Avqust 2023, 14:24

Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə imtahan nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, blok imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni iki nəfər toplayıb.

 

Onlardan biri Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin məzunu Əliyeva Məhin Arif qızıdır. 

 

O, blok imtahanında 397 bal, buraxılış imtahanında isə 289.7 bal toplayıb. Beləliklə, məzunun ümumi balı 686.7 bal olub.

 

Məhin Əliyeva Modern.az-a açıqlamasında deyib ki, balının bu qədər olacağını gözləmirdi.

 

"Balımın belə olacağını hesablamışdım, amma bu cür gözləmirdim. Balımı görəndə çox xoş oldu. Özümü çox qürurlu hiss edirəm ki, həm valideynlərimi, həm də müəllimlərimi sevindirdim. İxtisas seçiminə gəldikdə isə Bakı Ali Neft məktəbində İnformasiya Təhlükəsizliyi ixtisasını seçəcəm. İmtahana hazırlıq müddətimə görə isə müəllimlərimə təşəkkür edirəm. Çünki müəllimlərim bu sahədə peşəkardırlar. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm", - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub