Modern.az

Yağış 199 nəfərin həyatına son qoydu

Yağış 199 nəfərin həyatına son qoydu

Dünya

4 Avqust 2023, 14:56

Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində son 41 gündə yağan musson yağışları nəticəsində 199 nəfər həyatını itirib.


Modern.az yerli mətbuata istinadən xəbər verir ki, şiddətli yağışları zamanı 31 nəfər itkin düşüb.


Məlumata görə, yağış nəticəsində 229 nəfər yaralanıb.


7317 ev qismən zədələnib, 254 mağaza və 2337 tövlə ciddi ziyan görüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı