Modern.az

Bolqarıstan Ukraynaya hərbi texnika göndərəcək

Bolqarıstan Ukraynaya hərbi texnika göndərəcək

Dünya

4 Avqust 2023, 16:00

Bolqarıstan hökuməti ölkənin Daxili İşlər Nazirliyi ilə Ukrayna Müdafiə Nazirliyi arasında zirehli texnikanın bağışlanmasına dair saziş layihəsini təsdiqləyib.


Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın “BTA” agentliyi məlumat yayıb.


Məlumata görə, danışıqların aparılması və müvafiq sənədin imzalanması Bolqarıstanın daxili işlər naziri Kalin Stoyanova tapşırılıb.


Agentlik qeyd edir ki, saziş çərçivəsində Bolqarıstan tərəfindən istifadə olunmayan zirehli texnikalar Ukraynaya veriləcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi