Modern.az

Sumqayıtdakı şadlıq sarayında baş vermiş yanğın söndürüldü

Sumqayıtdakı şadlıq sarayında baş vermiş yanğın söndürüldü

4 Avqust 2023, 16:52

Sumqayıt şəhərindəki “Green House” şadlıq sarayında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

 

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının qarşısı alınıb.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

Sizə yeni x var
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi