Modern.az

“Komandalar arasında intiriqa artacaq” - Diniyevin ŞƏRHİ

 “Komandalar arasında intiriqa artacaq” - Diniyevin ŞƏRHİ

Təhsil

2 Avqust 2013, 15:05


Bu gün Topaz Premyer Liqası start götürəcək. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan  milli futbol çempionatında 10 komanda  4 dövrədə mübarizə aparacaq. Yəni klublar 32 deyil, 36 oyun keçirməli olacaqlar. Bəs bu yenilik futbolçularımıza nə qazandıracaq?
Bu barədə Modern.az futbol mütəxəssisi, Azərbaycan millisinin eks-baş məşqçisi Şahin Diniyevin fikirlərini öyrənib.

  Diniyevin sözlərinə görə 6-lıq sistemindən fərqli olaraq, yeni sistem daha mükəmməldir.

”O sarıdan ki, komandalar arasında intiriqa artır və eyni zamanda bu il komandalar daha iddialı olacaqlar. Öz aralarında oyunlar daha gərgin olacaq. Bu da həm komandaya, həm də futbolçuların ustalığının artmasına səbəb olacaq. Mənə elə gəlir ki, bu çempionat əvvəliklərdən daha maraqlı, daha gərgin keçəcək”.   Ş.Diniyev deyir ki, çempionatda bir çox klublar çempion olmağı qarşıya məqsəd qoyub.

”Ümumilikdə gərgin və maraqlı oyunların olması, ustalığın artmasına, azarkeşlərin yenidən stadiona qayıtmasına səbəb olacaq. Eyni zamanda futbolçuların da, məşqçilərin də işi çoxalmış olacaq. Onlar ayrı-ayrılıqda öz taktikaları ilə yanaşı, o biri komandaları da analiz edib yeni bir şey tapmağa çalışacaqlar ki, qalib gəlsinlər. Bir sözlə, rəqabət daha da artacaq. Bu nöqteyi-nəzərdən güclü komandaların bir-birinə qarşı oynaması futbolumuza da xeyir verəcək”.

Bu gün 22-ci Azərbaycan çempionatı start götürəcək .Ardıcıl ikici dəfə Topaz Prmyer Liqası adı altında start götürəcək çempionatda bu gün bir qarşılaşma baş tutacaq. Çempionatın açlış maçında paytaxtın “Bakı” klubu “ Qəbələ” klubunu qəbul edəcək.
Bu oyunla yanaşı ummumlikdə 1-ci turda 5 qarşılaşma baş tutacaq.  3 avqustda “Nefçi “ - “Azal”, “Simurq” – “Rəvan”, 4 avqustda “İnter” – “Qarabağ”, “Sumqayıt” – “Xəzər Lənkərən” qarşılaşmaları olacaq.  
Abbas Qəmli  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım