Modern.az

Milli Şura Məzahir Pənahova etiraz etdi

Milli Şura Məzahir Pənahova etiraz etdi

Təhsil

2 Avqust 2013, 15:20


Müxalifət qüvvələrinin cəmləşdiyi Milli Şura Azərbaycanda prezident seçkilərinin vaxtının oktyabrın 9-na təyin edilməsinə etiraz edib. Milli Şura yetkilisi Eldəniz Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovu saxtakarlıqda ittiham edib.

Milli Şura üzvü seçkilərin vaxtının oktyabrın 16-dan 9-na keçirilməsinin Milli Şuraya qarşı hazırlanmış plan olduğunu qeyd edib:

“Milli Şuranı zamanla sınağa çəkmək gülüncdür. Biz belə şeylərdən qorxmuruq. Seçki tarixini bir neçə gün qabağa çəkib Milli Şuranı təntitmək olmaz. Burada xalqın taleyindən söz gedirsə,  seçki məsələsində zamanın böyük təsiri var. Hər günün, hər saatın öz təsiri var. Onsuz da bütün resurslar hakimiyyətin əlində cəmləşir. Ola bilsin ki, vaxtın daralması bir çoxlarının xeyrinədir. Amma bizim işimizi bununla guya, çətinə salmağa çalışırlar. Vaxtın azlığı bizi proseslərə daha ciddi yanaşmağa sövq edəcək. Artıq vaxt çox azdır, iş görməyin zamandır”-deyə E.Quliyev Modern.az-a açıqlamasında bildirib.

MSK-nın bu gün keçirilən iclasında Məzahir Pənahov çıxış edərək Azərbaycanda prezident seçkilərinin vaxtını rəsmən açıqlayıb. MSK sədri bəyan edib ki, seçkilər oktyabrın 9-da keçiriləcək. M.Pənahovun qərarı müxalifət düşərgəsində narazılıqla qarşılanıb.

Anar RÜSTƏMOV   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım