Modern.az

Kahramanmaraşda meşə yanğını - Helikopterlər cəlb edildi

Kahramanmaraşda meşə yanğını - Helikopterlər cəlb edildi

4 Avqust 2023, 18:08

Türkiyənin Kahramanmaraş vilayətinin Onikisubat rayonunda meşə yanğını başlayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə edilir.

 

Bulutoğlu Məhəlləsi çölündə meşə yanğınını görən vətəndaşlar vəziyyəti səlahiyyətlilərə xəbər verib.

 

Bölgəyə Kahramanmaraş Meşə Region İdarəsinə bağlı 2 helikopter, 6 su çiləyici maşın və 2 su çəni göndərilib.

 

Yanğınsöndürmə işləri davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi