Azərbaycanda iqtidaryönlü partiya kimi tanınan Ana Vətən Partiyası sabah VI qurultayını keçirəcək. Partiyadan verilən məlumata görə, qurultay saat 11-də “Park İNN” otelinin “Dan Ulduzu” zalında başlayacaq.
1990-cı ilin noyabr ayında yaradılan partiyanın sədri deputat Fəzail Ağamalıdır. Partiya Milli Məclisdə iki deputatla təmsil olunur – Fəzail Ağamalı və zahid Oruc.
Modern.az