Modern.az

Su anbarında 2 nəfər batdı

Su anbarında 2 nəfər batdı

Ölkə

4 Avqust 2023, 19:51

Mingəçevir su anbarında 2 nəfər batıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Axtarışlar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...