Modern.az

Cəlilabad sakinini ildırım vurdu 

Cəlilabad sakinini ildırım vurdu 

4 Avqust 2023, 23:31

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib.

 

Belə ki, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlu əkin sahəsində təsərrüfatla məşğul olarkən onu ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb
Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi