Modern.az

İsa Qəmbər: "Xahiş edirəm aksiyanı dayandırın" - MÜRACİƏT

İsa Qəmbər: "Xahiş edirəm aksiyanı dayandırın" - MÜRACİƏT

Təhsil

2 Avqust 2013, 15:45


Müsavat Partiyasının başqanı İsa Qəmbər hazırda İran həbsxanalarında aclıq aksiyası keçirən “Yeni GAMOH” liderlərinə (Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrə) müraciət edib.

Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən bildirilib. Müraciətdə deyilir:

“Əziz soydaşlarım!

Sizin Güneyli həmvətənlərimizin milli haqları uğrunda apardığınız mübarizəni yaxından izləyirik. Bu yolda göstərdiyiniz fədakarlıq, xalqımızın, vətənimizin azadlığı uğrunda apardığınız mübarizəni yüksək qiymətləndirir və buna dəstək veririk.

Əziz soydaşlarım! Artıq 20 gündən çoxdur ki, Sizin həbsxanada keçirdiyiniz aclıq aksiyası davam edir. Siz bu hərəkətiniz, mətinliyiniz və iradənizlə bir daha xalqımızın haqları uğrunda əsl mübariz olduğunuzu bütün dünyaya sübut etdiniz. Bu aksiya bütün dünyada, o cümlədən Quzey Azərbaycanda kifayət qədər əks-səda doğurmuşdur. Artıq bizə gələn məlumatlara görə Sizin səhhətinizdə ciddi problemlər yaranmaqdadır. Bütün bunları nəzərə alaraq mən Sizdən aclıq aksiyasını dayandırmağı xahiş edirəm. Xalqımızın gözəl gələcəyi naminə bizi hələ çox fədakarlıqlar gözləyir”-deyə başqan müraciətində qeyd edib.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım