Modern.az

Qaz balonları olan sexdə YANĞIN

Qaz balonları olan sexdə YANĞIN

Hadisə

5 Avqust 2023, 09:02

Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 m² olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, 1 ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 m³ olan yanacaq çəninin içərisində olan yanacaq yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi