Modern.az

Prezident İsmayıllıya gedəcək - EKSKLÜZİV

Prezident İsmayıllıya gedəcək - EKSKLÜZİV

Təhsil

2 Avqust 2013, 16:06

Prezident İlham Əliyev seçkiöncəsi bölgələrə səfəri çərçivəsində İsmayıllı rayonuna baş çəkəcək. Modern.az-ın məlumata görə, ölkə başçısı 4 ildən sonra yenidən İsmayıllıya səfər edərək burada görülən işlərlə tanış olacaq, yerli sakinlərlə görüşəcək.

Səfərin bu ay baş tutacağı gözlənilir.

Rayon ərazisində hazırda prezidentin səfərinə ciddi hazırlıq işləri gedir. İsmayıllının icra başçısı Mirdamət Sadıqov ölkə başçısının etimadını doğrultmaq üçün rayonun xarici görüşündə bəzi dəyişikliklər edir. Prezidentin gəlişi ilə əlaqədar rayondaxili yollara yeni asfalt örtüyü çəkilir, yol kənarında görünən evlərin dam ötrükləri dəyişdirilir. İcra başçısı bütün inzibati strukturları ayağa qaldıraraq, prezidentin səfərinədək rayonda görülən işlərin tamamlanmasını tapşırıb.

Prezidentin səfərinin dəqiq tarixi rəsmən bəlli olmasa da, ilkin ehtimallara görə, səfər avqustun ortalarında baş tutacaq.

Prezident İlham Əliyevin səfərinin təxminən avqustun 10-dan sonra reallaşacağı gözlənilir.

Ölkə başçısı 4 ildən sonra İsmayıllıda bir sıra açılışlarda iştirak edəcək. Dövlət başçısı həmçinin səfər çərçivəsind İsmayıllının ruslar yaşayan kəndinə - İvanovkaya baş çəkərək sakinlərlə görüşəcək.

Vəzifəyə gəlişi ilə sələfinin gözdən pərdə asmaq üçün tikdirdiyi obyektləri sökdürən yeni başçı prezidentin səfərinə ciddi hazırlaşır.

Pezident İlham Əliyev sonuncu dəfə İsmayıllı rayonunda 2009-cü ildə səfər edib. O zaman rayona Nizami Ələkbərov rəhbərlik edirdi.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım