Modern.az

Kolleclərə ixtisas seçimi edənlərin SAYI

Kolleclərə ixtisas seçimi edənlərin SAYI

Təhsil

5 Avqust 2023, 15:16

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi edənlərin sayı açıqlanıb.

 

Modern.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu gün saat 15:00-dək ümumilikdə 13 180 nəfər ixtisas seçimində iştirak edib.

 

Onlardan 12871 nəfəri Azərbaycan, 309 nəfəri isə rus bölməsi üzrə təhsil almış şəxslərdir.

 

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-də başlayıb və avqustun 7-si saat 23:59-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub