Modern.az

34 yaşlı qadın qətlə yetirildi

34 yaşlı qadın qətlə yetirildi

Hadisə

5 Avqust 2023, 20:03

Avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Bu barədə Modern.az-a Nərimanov rayon prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər