Modern.az

YAP-dan MSK-nın seçki qərarına REAKSİYA

YAP-dan MSK-nın seçki qərarına REAKSİYA

Təhsil

2 Avqust 2013, 17:52

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının prezidenti seçkilərinin vaxtını oktyabırn 9-a təyin etməsi ilə bağlı qərarına münasibət bildirib. Müxalifət düşərgəsindən fərqli olaraq iqtidar tərəfi MSK-nın qərarı müsbət qiymətləndirib.

Bu barədə Modern.az-a açıqlama verən YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə hesab edir ki, Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasında növbəti prezident seçkilərini oktyabrın 9-a təyin etməsi seçki öncəsi dövrdə yeni bir səhifə açdı.

YAP-çı deputatın sözlərinə görə, seçkilərin oktybarın 15-də keçirilməsi müəyyən narazılıqlara səbəb ola bilərdi. Bu baxımdan vaxtın dəyişdirilməsi doğru addımdır:

“Artıq iddialı olan hər bir siyasi qüvvə qanuna uyğun olaraq öz təşkilatı işlərini görməlidir. Çox düzgün olaraq, seçki günü bayram günündən başqa bir günə keçirildi. Onun qanunla nəzərdə tutulmuş oktyabrın 15-dən sonraya keçirilməsi müəyyən dairələrin narazıllğına, hakmiyyəti əsassız ittihamına səbəb ola bilərdi. Bu halda isə səlahiyyətli orqan hər bir namizəd üçün bərabər şərait yaratmış oldu.

Prezidentliyə namizədlərin adları artıq cəmiyyətdə təxmini məlumdur. Bunlar fərdi şəxslərdən çox, ölkənin tanınan siyasi partiyalarını təmsil edərək, seçkidə bir daha öz sosial bazasını müəyyənləşdirə biləcəklər”.

Deputat həmçinin bildirib ki, seçkilər tam şəffaf və demokratik keçiriləcək, heç kimin buna şübhəsi ola bilməz.

“Seçkinin ilk özəllikləri də artıq məlumdur. ATƏT Parlament Assambleyası və Avropa Parlamenti bu ilki seçkilərə öz müşahidəçilərini göndərməməyi qərara almışdır. Bu Azərbaycan demokratiyasının qazandığı etimad və seçki təcrübəmizin Avropada qəbul edilməsidir.

Heç şübhə yoxdur ki, dövlətimiz oktyabr seçkisisində demokratiya sınağından yenidən uğurla çıxa biləcəkdir. Bu təkcə siyasi qüvvələrin deyil, həm də vətəndaşlarımızın sınağıdır. Seçkiyə münasibət, onun aliliyinin qorunması dövlət müstəqilliyimiziin qorunması, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi demək olacaqdır”-deyə YAP rəsmisi bəyan edib.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım