Bu gün saat 18 radələrində bir qrup qadın bir qrup qadın araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı şantajlara etiraz olaraq aksiya keçirməyə çalışıb. Aksiyanın təşəbbüsçüsü Facebook sosial şəbəkəsində “Xədicəyə dəstək” qrupudur.
Modern.az-ın məlumatına görə, qadınlar metronun “Nizami” stansiyasının qarşısından Fəvvarələr bağına doğru istiqamət götürməyə çalışıblar.
Lakin polis aksiyanın qarşısını alıb. Bu barədə müstəqil jurnalist Aynur Elgünəş məlumat verib. O, bildirib ki, polis aksiya iştirakçılarını və jurnalistləri bir avtobusa yığaraq naməlum istiqamətə aparır.
Lakin sonra aksiyanı işıqlandıran fotoreportyor Mehman Hüseynov məlumat verib ki, onları Yasamal rayonu 27-ci Polis bölməsinə aparıblar.
Qeyd edək ki, son günlər iqtidara yaxınlığı ehtimal olunan bir sıra saytlarda Xədicə İsmayılovanın şəxsi həyatı ilə bağlı gizli çəkilmiş intim videolar yayılıb. Jurnalist hədələndiyini bildirib.
“Azadlıq” radiosunun rəhbərliyi jurnalistə qarşı təzyiqlərə son qoyulması və günahkarların tapılıb cəzalandırılması ilə bağlı bəyanatla çıxış edib.
***
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, Yasamal polis bölməsinə aparılanların hazırda şəxsiyyətləri müəyyənləşdirilir, onların bu aksiyada iştirak məqsədləri öyrənilir:
«Mən onların jurnalist kimi təqdim olunmasının əleyhinəyəm. Saxlananlar hazırda polisdə dindirilir, araşdırmalardan sonra qanuni tədbir görüləcək».
Modern.az