Modern.az

Peşə məktəblərində direktor olmaq istəyənlər üçün müsahibə başlayır 

Peşə məktəblərində direktor olmaq istəyənlər üçün müsahibə başlayır 

Təhsil

7 Avqust 2023, 08:13

Bu gündən peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsahibə mərhələsi başlanır.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, müsahibə mərhələsinin birinci turu sentyabrın 7-dək, ikinci turu isə ehtiyaca uyğun olaraq oktyabrın 9-dan dekabrın 1-dək davam edəcək.

 

Xatırladaq ki, direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında hər bir vakansiya üzrə ən çox bal toplayan 5 namizəd müsahibənin ilk turunda iştirak etmək hüququ qazanır. Müsahibə mərhələsinə yalnız 30 baldan çox toplayan şəxslər buraxılır. Keçid balından yüksək nəticə göstərən digər namizədlər müsahibə mərhələsi üçün gözləmə siyahısına əlavə ediləcək və müsahibənin ikinci turunda boş qalan vakant yerlər üçün dəyərləndiriləcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub