Modern.az

Goranboyda maşın aşdı - Ölən var 

Goranboyda maşın aşdı - Ölən var 

Hadisə

7 Avqust 2023, 08:37

Avqustun 7-si səhər saatlarında Goranboy rayon Veysli kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Bu haqda Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

Məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, sürücü Babək Hüseynov VAZ markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb və nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində ölüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər