Modern.az

“Sabah” - “Partizan” matçının biletləri satışa çıxarıldı

“Sabah” - “Partizan” matçının biletləri satışa çıxarıldı

7 Avqust 2023, 17:27

Bakının "Sabah" və Serbiyanın "Partizan" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu üçün bilet satışına başlanılıb.

 

Modern.az xəbər verir ki, biletləri “iticket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

 

Satılmış hər biletdən əldə olunan 1 manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

 

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 20:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi