Modern.az

Son 1 həftədə vurulan vaksin SAYI

Son 1 həftədə vurulan vaksin SAYI

Ölkə

7 Avqust 2023, 17:47

Azərbaycanda iyulun 31-dən avqustun 6-dək koronavirus (COVID-19) əleyhinə 169 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, üç və daha çox doza vaksin vurduranların sayı 84, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 608, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 097, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 251, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 893, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 367 təşkil edir.

 

1270297

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...