Polşa Belarus sərhədinə əlavə qoşun toplayıb.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Polşa daxili işlər nazirinin müavini Macey Vasik bildirib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəsini gücləndirib. Sərhədə əlavə 1000 hərbçi cəlb edilib.
Vasik Belarus sərhədində Polşa əsgərlərini hədəf alan təcavüzün səviyyəsinin artdığını vurğulayıb.
Qeyd edək ki, Polşa hakimiyyəti son həftələr sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı tədbirləri gücləndirib.