Modern.az

Daxili İşlər Nazirliyi Arif Əsgərovun qardaşı ilə bağlı hadisəni araşdırır

Daxili İşlər Nazirliyi Arif Əsgərovun qardaşı ilə bağlı hadisəni araşdırır

Təhsil

3 Avqust 2013, 13:11

“Əli Əsgərovun kimisə güllənməsi hadisəsini mən də sizin kimi mətbuatdan oxumuşam”. Bu sözləri Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov deyib.

“Mən də sizin kimi məlumatı mətbuatdan oxumuşam. Maraqlanarıq, düzgün və ya səhv olduğunu araşdırarıq və məlumat verərik”.  

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşının qəza nəticəsində bir nəfəri güllələməsi ilə bağlı mətbuatda məlumat yayımlanıb. Məlumatda qeyd olunur ki, iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb. İnformasiyada Ə. Əsgərovun polis tərəfindən saxlanılmadığı da vurğulanıb.   

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım