Modern.az

Vətən müharibəsi iştirakçısı Rusiyada göldə boğuldu 

Vətən müharibəsi iştirakçısı Rusiyada göldə boğuldu 

8 Avqust 2023, 14:11

İkinci Qarabağ müharibəsinin iştirakçısı Xəlilov Elgün Xəyal oğlu göldə boğulub.

 

Modern.az xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində baş verib.

 

Elgün Xəlilov şəhərin Kuzminka rayonunda yerləşən göldə boğularaq dünyasını dəyişib.

 

22 yaşlı Elgün Lənkəran rayonunun Xolmili kəndindədir. O, Füzulinin və Xocavəndin işğaldan azad olunmasına görə təltif edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı