Modern.az

Rusiya, Belarus və İrana qarşı yeni sanksiyalar

Rusiya, Belarus və İrana qarşı yeni sanksiyalar

Dünya

8 Avqust 2023, 14:54

Böyük Britaniya Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Rusiyadan 19, Belarusdan isə 6 fiziki və hüquqi şəxs "qara siyahı"ya salınıb. 

 

Qərara əsasən, İranın bir neçə fiziki və hüquqi şəxsi də sanksiyaya məruz qalıb, bunlardan biri PUA istehsalı ilə məşğul olan "Paravar Pars" şirkətidir.

 

“Bugünkü sanksiyalar bir mərhələdir, Rusiyanın arsenalını daha da azaldacaq və Putinin hazırda mübarizə aparan müdafiə sənayesini dəstəkləyən tədarük zəncirləri ətrafında şəbəkəni sıxlaşdıracaq”, - Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir