Modern.az

Ermənilər Qarabağda hərbi məktəb tikirlər - Azərbaycan dilini bilən kəşfiyyatçılar hazırlanacaq - FOTOLAR

Ermənilər Qarabağda hərbi məktəb tikirlər - Azərbaycan dilini bilən kəşfiyyatçılar hazırlanacaq - FOTOLAR

Ölkə

4 Avqust 2013, 13:40

Ermənilər Azərbaycanın işğal olunmuş keçmiş Ağdərə rayonu ərazisindəki Vəng kəndində strateji obyekt tikirlər. Modern.az saytı xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, işğalçılar hazırda qeyd  edilən ərazimizdə Suvorov və Mədətyan adına hərbi məktəb inşa edirlər.

İnşaat işləri erməni xeyriyyəçi Levon Ayrapeytan və Dağlıq Qarabağdakı separatçı rejimin qondarma “qəhrəmanı” Arkadi Ter-Tadevosyanın dəstəyilə gerçəkləşdirilir.

Ermənilər bu hərbi məktəbin açılışını 2014-cü ilə planlaşdırırlar. Məlumata görə, hərbi təhsil müəssisəsi bütün müasir beynəlxalq standartlara cavab verəcək. Ermənilar burada Rusiya, Fransa, ABŞ hərbi təhsil üsullarının tətbiq olunacağını bildirirlər. Bunun üçün xaricdən də yüksək səviyyəli müəllimlərin cəlb olunacağı qeyd edilir.
O da bildirilir ki, hərbi məktəbdə təhsil alacaq erməni gənclərinə rus, ingilis və Azərbaycan dilləri də öyrədiləcək ki, onlar bu dillərdə sərbəst danışa bilsinlər. Adı çəkilən hərbi təhsil müəssisəsində Azərbaycan dilimi bilən erməni kəşfiyyatçıları və digər hərbi mütəxəssislər hazırlamaq da planlaşdırılır.








A.Qorxmaz
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi