Modern.az

Fransa zibilə “düşüb” - FOTOLAR

Fransa zibilə “düşüb” - FOTOLAR

Dünya

8 Avqust 2023, 17:42

Fransanın Marsel şəhərində təmizlik işçilərinin tətilə başlaması səbəbindən qatar stansiyalarında zibil qalaqları yaranıb.

 

Modern.az xəbər verir ki, təmizlik şirkətinin işçiləri maaşlarının verilməməsinə və bəzən gecikdirilməsinə etiraz olaraq tətil keçirirlər. 

 

Marseldə 8 gündür davam edən tətil nəticəsində şəhər küçələri zibilxanaya çevrilib, şəhərə üfunət iyi yayılıb. 

 

İşçilər səslərini səlahiyyətli orqanlara çatdıra bilmədiklərini əsas gətirərək işlərin dayandırılmasını uzatmağa qərar veriblər.

 

Fransanın dəmir yolu şirkəti SNCF isə problemin ən qısa zamanda həlli üçün işçilərin maaşlarını ödəməkdən məsul olan Lazer şirkətinə rəsmi bildiriş göndərdiklərini açıqlayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir