Modern.az

Pakistanda terror aktı törədildi - Ölənlər var

Pakistanda terror aktı törədildi - Ölənlər var

Dünya

8 Avqust 2023, 17:50

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində partlayış törədilib. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yol kənarına yerləşdirilmiş bombanın işə salınması nəticəsində 7 nəfər həyatını itirib.

 

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb olunub. Partlayışın kimlər tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir