Rusiya Prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı avqustun 23-24-də Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammitinə hazırlıq məsələləri müzakirə olunub.
Rusiya və Cənubi Afrika Respublikası arasında bir sıra praktiki əməkdaşlıq məsələləri müzakirə edilib”, - Kremldən bildiriblər.
Qeyd olunur ki, Ramafosa iyulun sonunda Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitinin nəticələrini müsbət qiymətləndirib.