Modern.az

Ukrayna üçün 50 ədəd "Leopard" tankı alınacaq

Ukrayna üçün 50 ədəd

Dünya

8 Avqust 2023, 22:45

Almaniyanın "Rheinmetall" hərbi texnika şirkəti Belçikadan 50 "Leopard 1" tankı alıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, alınan texnikalar Almaniya və İtaliya üzərindən Ukraynaya göndəriləcək. Tanklar yeni silah sistemləri ilə təchiz olunacaqlar.

 

Tanklar Belçikanın "OIP Land Systems" şirkətinə məxsusdur. Belçika ordusunun komandanlığı onları bir neçə il əvvəl xidmətdən çıxarıb. Alınan 50 "Leopard 1"dən ən azı 30-u tezliklə Ukraynaya təhvil veriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir