Almaniya son onilliklərin ən ağır böhranlarından birini yaşayır.
Modern.az xəbər verir ki, Federal Statistika İdarəsinin məlumatlarına əsasən, AFR-də ümumi istehsal həcmi ötən ay ilə müqayisədə iyul ayında 1,5 faiz azalıb, halbuki analitiklər tərəfindən onun orta hesabla 0,5 faiz azalması gözlənilirdi.
Avrozonanın birinci iqtisadiyyatının avtomobil sənayesi, ölkənin əsas hərəkətedici qüvvəsi olaraq, çətin zamanlar yaşayır. Bu sahədə istehsal 3,5 faiz azalıb. Tikinti fəaliyyəti də daha zəif olub, lakin əczaçılıq sektoru istehsalın 7,9 faiz artımı ilə ümumi nəticəyə müsbət təsiri ilə fərqlənib.
Almaniyadakı çətin iqtisadi vəziyyət bu ölkənin Avropada güclü mövqeyi səbəbindən bütün qalan ölkələri də aşağı çəkməyə meyillidir. Beləliklə, mənfi nəticələr artıq 2023-cü ilin birinci rübündə avrozonanı texniki tənəzzülə sürükləyib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına əsasən, son zamanlar Almaniyaya qoyulan xarici sərmayələr demək olar ki, tam azalıb: ötən il cəmi ölkəyə təxminən 10,5 milyard avro qoyulub. Alman İqtisadi İnstitutuna (IW) görə, bu əsasən aşağıdakı amillərə bağlıdır, onlar Almaniyanı biznesin aparılması üçün daha və daha az cəlbedici edir: ixtisaslı işçilərin çatışmazlığı və işçi qüvvəsinin yüksək dəyəri (sənaye şirkətlərinin 76 faizi onları əsas maneələr adlandırır), eləcə də enerjidaşıyıcılarına olan yüksək qiymətlər və nəhəng bürokratik yük.
“Beş müdrik” kimi tanınan Almaniyanın aparıcı iqtisadçı-ekspertlər Şurası, Almaniyanın hökumətinə tövsiyə edib ki, əgər o sənaye istehsalını qoruyub saxlamaq istəyirsə, əcnəbi ixtisaslı işçilərdən alman dilini bilmələrini tələb etməyərək, ildə 1,5 milyon miqrantın qəbul edilməsini təşkil etsin.