Çinin paytaxtı Pekində daşqınlar nəticəsində ölənlərin sayı 33-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə şəhərin xalq hökuməti məlumat yayıb.
Bildirilir ki, daşqınlar zamanı 18 nəfər itkin düşüb. Rəsmilərin məlumatına görə, təbii fəlakət nəticəsində 59 minə yaxın bina dağılıb, 147 min evə ziyan dəyib.
Qeyd edək ki, iyulun sonundan Pekində güclü yağışlar başlayıb. Şəhərin bəzi yerlərinə rekord miqdarda yağıntı düşüb. Təhlükəli ərazilərindən 127 min insan təxliyə edilib.