Modern.az

İsti hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

İsti hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Ölkə

9 Avqust 2023, 12:36

Avqust ayının ortalarınadək ölkə ərazisində isti hava şəraiti davam edəcək.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir.

 

"Bölgələrdə 37-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq ərazilərdə isə 29-34 dərəcəyədək isti olacaq", - Gülşad Məmmədova qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...