Modern.az

Bağçalara növbəyaratma prosesi davam edir - Son tarix açıqlandı

Bağçalara növbəyaratma prosesi davam edir - Son tarix açıqlandı

Təhsil

9 Avqust 2023, 14:19

Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

 

Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 658, bu təhsil müəssisələrində boş yerlərin sayı 55 382-dir:

 

“Məktəbəqədər təhsil müəssisələrinə müraciət edən yeni qeydiyyatçıların sayı 46 894, prioritetli - güzəşt olanların sayı isə 1 868 nəfərdir.

 

Avqustun 1-dən bu günədək ümumilikdə 42 073 uşaq üçün 53 212 növbə yaradılıb. Bildiririk ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür”.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış