Modern.az

Günümüzdə ana olmaq da çətindir, anaların əlində uşaq olmaq da…

Günümüzdə ana olmaq da çətindir, anaların əlində uşaq olmaq da…

5 Avqust 2013, 11:03

2 yaşın təməl inkişaf xətti uşağınızın ətrafını aktiv hərəkətlərlə incələməsidir. Bu ərəfədə güvən və cürət duyğuları inkişaf etməkdədir. Ona görə 2 yaşında olan uşağınızla daha yaxşı və doğru əlaqə qurmalısınız. Artıq uşağınız ailə süfrəsində sizinlə birlikdə yemək yeməli, özünü ailənin bir hissəsi kimi hiss etməlidir. Öz-özünə yeməsinə, hansı yeməkdən və nə miqdar yeməyinə özünün qərar verməsinə icazə verin. Sizin vəzifəniz, ona sağlam variantlar təqdim etmək, sağlam qidalanma vərdişlərinə nümunə meydana gətirməkdir.
Bilindiyi kimi bir körpə doğulduğu andan etibarən yeriməyə və öz başına hərəkət etməyə başlayana qədər başqalarının baxımına möhtacdır. 1 yaşdan sonra yeriməyə başlayan uşaq, hər şeyi öz başına etmək, hər yerə öz-özünə getmək istəyir. Bu çətin dövrü daha asan etmək üçün analar diqqətli olmalıdır. Uşaqları elektrikli alətlərdən və yanıcı maddələrdən uzaq tutmaq lazımdır.
2 yaşa yaxın uşaq qaça bilər, köməklə da olsa nərdivanları çıxa bilər. Bu yöndə ona kömək etmək lazımdır. Bu yaşda uşaqda daha çox inad olduğu üçün bu dövr "inad çağı" olaraq bilinir.
Kiçik uşağınıza söz keçirmək az qala imkansızlaşır. Artıq özünün fərqli bir fərd olduğunu, başqalarından müstəqil hərəkət edə bildiyini fərq edən uşağınız əslində “mən fərqliyəm, öz duyğu, düşüncə və istəklərim var” demək istəyir. Bu yaşda uşaqların gündə ən az 2 dəfə dişləri fırçalanmalıdır.Bunu edərkən ona köməkçi olun. Diş pastasından çox az miqdarda istifadə edin. Bu dövrdə uşaqlar tualet təhsilinə hazır olduğunun siqnallarını verməyə başlaya bilər. Ancaq uşaq hazır olmadan tualet təhsilinə başlamaq məğlubiyyəti başdan bəlli olan müharibəyə qoşulmaq kimi olacaq. Bu səbəblə uşağınızın tualet təhsilinə hazır olub olmadığına çox diqqət yetirməyiniz lazımdır. Bunu edərkən ona köməkçi olun.
Bu yaşdakı uşaqların çoxu ilin böyük bir hissəsini qrip, soyuqdəymə və ya qulaq infeksiyaları ilə mübarizə edərək keçirməkdədir. Ancaq nə etməli olduğunuzu əvvəlcədən həkiminizdən öyrənsəniz, daha tez-tez həkimə müraciət etməyə ehtiyac olamayacaq. 2 yaşında uşaqlar üçün lazimlı amillərdən biri də onlara nağıl deyilməsidir. Xüsusən, onların yaşlarına uyğun nağıl seçmək lazımdır. Bu dövrdə uşağın ünsiyyət qabiliyyəti sürətlə inkişaf edər. 2 yaş ətrafında bir uşağın təxminən 200-250 söz söyləməsi və sözləri birləşdirməyə başlaması gözlənilir. Uşağınızın irəlidəki yaşamında sevməyi bilən biri olmasını istəyirsinizsə, ona qarşı laqeyd olmayın. Uşaq varlıq olaraq, sevgi meyvəsidir. Unudulmamalıdır ki, uşaqlar, bir robort kimi yalnız valideynlərin istədiklərini etmək məcburiyyətində deyil. Uşaq böyütmək demək onun fərqli inkişaf mərhələləri ilə qarşılaşmaq deməkdir.
Mövzunu çinlilərin gözəl bir sözü ilə bitirək: Əməyinin qarşılığını 1 il sonra almaq istəyirsənsə, buğda ək. Əməyinin qarşılığını 7 il sonra almaq istəyirsənsə, ağac ək. Əməyinin qarşılığını 30 il sonra almaq istəyirsənsə, uşaq yetişdir.

 

Hazırladı: Ulduz İBRAHİMOVA

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU