Modern.az

İdmançımız Belarusda qızıl medal qazandı

İdmançımız Belarusda qızıl medal qazandı

İdman

9 Avqust 2023, 15:34

4-10 avqust tarixlərində Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlar təşkil olunur.

 

Modern.az xəbər verir ki, Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub.

 

Onların arasında Azərbaycan atletləri də var. Bu gün Əli Şükürlü və Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Əli Şükürlü toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.

 

Dadaş Dadaşbəyli isə möhtəşəm çıxış edib. O, toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi