Fransanın Kolmar şəhərində yerləşən əlillər üçün yay iqamətgahında yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə Haut-Rhin Qubernatorluğu məlumat yayıb.
Bildirilir ki, qısa müddətdən sonra hadisə yerinə gələn yanğınsöndürənlər 17 nəfəri təxliyə edib. Yanğın nəzarət altına alınıb.
Yaşayış binasında olan 11 nəfərə hələlik çatmaq mümkün olmayıb, alovdan zərər çəkən 1 nəfər isə təcili yardıma aparılıb.
Yüksək rütbəli yerli məmur Kristof Marot "France 3" televiziyasına "Biz itkin düşənlərin öldüyünə demək olar ki, əminik" deyib.