Modern.az

Rusiya Şimali Kiprdə konsulluq AÇIR

Rusiya Şimali Kiprdə konsulluq AÇIR

Dünya

9 Avqust 2023, 15:44

Rusiyanın Kiprdəki səfirliyi tezliklə adanın şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi səfirliyin nümayəndəsinə istinadən məlumat yayıb.

 

"Biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər müntəzəm olaraq aparılacaq", - mənbə bildirib.

 

Səfirliyin nümayəndəsi qeyd edir ki, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. O, bir neçə ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın uzun illərdir ki, Şimali Kiprdə konsulluq məsələləri ilə məşğul olan öz diplomatik nümayəndəliklərinin olmasına diqqət çəkib.

 

Qeyd edək ki, Kiprin şimalında 50 mindən çox rus yaşayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir