Modern.az

Ukraynaya yardımın ümumi məbləği 160 milyardı ötüb - Şoyqu

Ukraynaya yardımın ümumi məbləği 160 milyardı ötüb - Şoyqu

Dünya

9 Avqust 2023, 17:34

NATO ölkələri, Aİ və onların müttəfiqlərinin Kiyevə yardımının ümumi məbləği 160 milyard dolları ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

 

Şoyqu qeyd edib ki, may ayında Britaniyanın “Fırtına kölgəsi” uzaqmənzilli idarə olunan raketləri Ukraynaya ötürülüb.

 

Onun sözlərinə görə, NATO ölkələri F-16 taktiki qırıcılarının Kiyevə təhvil verilməsi məsələsi üzərində fəal işləyirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir