Fransanın Nigerdəki səfirinin oğlu İdris Keyn paytaxt Niameydə saxlanılıb.
Modern.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə səfir Ayçatu Bulama Kane məlumat verib.
Məlumata görə, Keyn Niger Poçt İdarəsinin baş direktorudur.
O, Nigerin korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur.