Modern.az

Erməni zabitlər milyonlarla vəsaiti mənimsəməkdə günahlandırılır

Erməni zabitlər milyonlarla vəsaiti mənimsəməkdə günahlandırılır

Dünya

9 Avqust 2023, 17:40

Ermənistanın keçmiş yüksək rütbəli polis zabitləri təxminən 50 milyon dram (128.8 min dollar) mənimsəməkdə ittiham olunur.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Ermənistan Polisinin Dövlət Təhlükəsizlik İdarəsinin Armavir şöbəsinin rəisi X.A. 2013-2018-ci illərdə müxtəlif obyektlərin mühafizəsi üçün 42 hüquqi və fiziki şəxslə müqavilə bağlayıb.

 

Bu müddət ərzində növbə ilə polisin Baş Dövlət Mühafizə İdarəsinin rəisi vəzifəsini tutan 3 nəfər obyektlərin mühafizəsi üçün ödənilən vəsaitin bir hissəsinin onlara köçürülməsi barədə göstəriş verib. HA. pul vəsaitlərini polisin büdcədənkənar hesabına köçürmək əvəzinə adıçəkilən şəxslərə köçürüb.

 

Hazırda araşdırmalar davam edir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu