Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Hakan Fidanı “Dövlətdə üstün xidmət medalı” ilə təltif edib.
Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
O, Türkiyə Milli Kəşfiyyat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə təltif olunub.
Medalı Rəcəb Tayyib Ərdoğan təqdim edib.
“Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”, - deyə Hakan Fidan qeyd edib.