Modern.az

Rusiyaya işləyən alman zabit tutuldu

Rusiyaya işləyən alman zabit tutuldu

Dünya

9 Avqust 2023, 20:15

Almaniya ordusunun (Bundesver) əməkdaşı Tomas H. Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti Almaniya Federal Prokurorluğuna istinadən məlumat yayıb.

 

Saxlanılan şəxs Almaniya ordusunun Avadanlıq və İnformasiya Texnologiyaları üzrə Federal İdarəsində işləyib.

 

Məlumata görə, Tomas H. öz təşəbbüsü ilə Rusiyanın ölkədəki diplomatik nümayəndəliklərinə əməkdaşlıq təklif edib. O, 2023-cü ilin may ayından etibarən Rusiyanın Bonndakı Baş Konsulluğu və Rusiyanın Berlindəki səfirliyi ilə bir neçə dəfə əlaqə saxlayıb.

 

Tomas H. ruslara Bundesverdə işləyərkən əldə etdiyi məlumatları ötürüb.

 

Zabit avqustun 9-da Almaniyanın qərbindəki Koblenz şəhərində saxlanılıb. Onun həbsinə dair order iyulun 27-də verilib. Hərbçini on ilə qədər həbs gözləyir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi