Modern.az

"Barbi" filmi bu ölkədə qadağan edildi 

Mədəniyyət

9 Avqust 2023, 21:52

Bir neçə həftə əvvəl ekranlara çıxan "Barbi" filmi Livanda qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Livanın mədəniyyət naziri Məhəmməd Murtaza məlumat verib.

 

O, ABŞ istehsalı filmin "əxlaqi və dini" dəyərləri pozduğunu və homoseksuallığı təbliğ etdiyini bildirib.

 

Nazir filmin ailə və evlilik dəyərlərinə xələl gətirdiyini vurğulayıb.

 

Murtaza filmin nümayişinə mane olmaq üçün müvafiq qərarın Livan Daxili İşlər Nazirliyinə göndərildiyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu