Bu gün yerli vaxtla 21:38-də Saatlı rayonunda zəlzələ baş verib.
Modern.ax xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub.
Zəlzələ Beyləqanda da zəif hiss olunub.