Modern.az

\"Neftçi\" bu gün \"Beşiktaş\"la qarşılaşacaq

\

10 Avqust 2023, 08:51

Bu gün "Neftçi" klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, "Ağ-qaralar" bu raundun ilk duelində Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq.

 

"Neftçi Arena"da keçiriləcək görüş 21:00-da başlayacaq. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

 

Murad Musayevin baş məşqçi olduğu "Sabah" isə Bakıda Serbiyanın "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

 

III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi