Modern.az

Ukrayna Pentaqona kaset sursatları ilə bağlı hesabat verdi

Ukrayna Pentaqona kaset sursatları ilə bağlı hesabat verdi

10 Avqust 2023, 11:02

Ukrayna Pentaqona Rusiyaya qarşı mübarizədə ABŞ istehsalı olan DPICM kaset sursatlarının istifadəsi ilə bağlı ilk hesabatı təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan ukraynalı məmura istinadən məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, təfərrüatları açıqlanmayan hesabatda atılan mərmilərin sayı və məhv edilən Rusiya hədəflərinin sayı barədə məlumatlar yer alıb.

 

Qeyd edək ki, keçən ay CNN-ə müsahibəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikov belə bir hesabatı həmkarı, ABŞ-ın müdafiə naziri Lloyd Ostinə ötürməyi planlaşdırdığını açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri