Modern.az

"Qarabağ" qələbə qazandı - YENİLƏNİB

İdman

10 Avqust 2023, 22:09

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə başlayıb.

 

Ağdam təmsilçisi III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşüb. Bu gün baş tutan ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

 

Görüşü 2:1 hesablı qələbə ilə başa vuran təmsilçimiz çətin şimal səfərinə üstün tərəf kimi yollanacaq.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 17-də keçiriləcək.

 

***

20:01

 

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

 

Matçın baş hakimi israilli Roy Reinsreyberdir.

 

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.

 

***

19:54

Bakıda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Finlandiya HİK-inin start heyətləri bəlli olub.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka

 

Baş məşqçi: Toni Korkeakunnas

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi