Modern.az

"Neftçi" "Beşiktaş"a məğlub oldu 

İdman

10 Avqust 2023, 23:19

“Neftçi” bu gün növbəti avrokubok matçına çıxıb.

 

Modern.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.

 

Bakılılar Türkiyə “Beşiktaş” ilə üz-üzə gəlib. İlk qarşılaşma “Neftçi Arena”da baş tutub. Adrian Mutunun yetirmələri İstanbul səfəri öncəsi dolu tribunalar önündə azarkeşlərini sevindirə bilməyib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, İstanbulda keçiriləcək cavab görüşü avqustun 17-də təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi